Toyda qonaqların oturma planı
Azərbaycan toyunda 150–300 qonaq olur, iki ailənin qohumları, böyüklər, gənclər və uşaqlar bir zalda oturur. Oturma planını kağızda və ya cədvəldə aparmaq çətindir: bir qonaq dəyişəndə bütün masalar yenidən sayılır. toyplanımda qonaq siyahısı və zalın sxemi bir yerdədir.
Oturma planında nə var
- Masalar. Dəyirmi, kvadrat və düzbucaqlı masa, hər birinin yer sayı. Bir tədbirdə 50 masaya qədər.
- Zalın sxemi. Masaları sürüşdürüb yerləşdirin. Yeni tədbirdə gəlin-bəy masası və səhnə sxemdə artıq olur.
- Qonaqları masaya köçürmək. Qonağı siyahıdan masaya sürüşdürün. Masa dolubsa, toyplanım xəbər verir.
- Avtomatik yerləşdirmə. Qrupa görə, qarışıq və ya cinsə görə. Cütlər yan-yana oturur, yer çatmayanda yeni masalar yaranır. Nəticə əvvəlcə təklif kimi görünür, siz qəbul etməsəniz heç nə dəyişmir.
- Çap. Masalar üzrə qonaq siyahısı.
- Sxemlərin tarixçəsi. Son beş sxem saxlanılır, istənilənə qayıtmaq olar.
- Qonaq siyahısı. Qonaqları əl ilə əlavə edin və ya CSV faylından yükləyin, şablonu toyplanımdan endirmək olar.
Azərbaycan toyunda oturma planını necə qurmalı
- Qonaqları qruplara bölün. Məsələn, «bəyin ailəsi», «gəlinin qohumları», «iş yoldaşları». Avtomatik yerləşdirmə qrupu yan-yana oturdur.
- Böyükləri səhnəyə və gəlin-bəy masasına yaxın oturdun. Valideynlər və yaşlı qohumlar toyu yaxşı görməlidir.
- İki ailəni qarışdırmaq istəyirsinizsə, qarışıq yerləşdirməni seçin.
- Uşaqlar üçün ayrıca masa düşünün, valideynlərin masasına yaxın.
- Qonaqların cavabını gözləyin. Gəlməyəcəyini bildirən qonağı avtomatik yerləşdirmə masaya oturtmur. Cavabları toy saytı toplayır.
- Son variantı çap edin və zalın administratoruna verin.
Tez-tez verilən suallar
Oturma planını nə vaxt qurmaq lazımdır?
Qonaqların çoxu cavab verəndən sonra, toydan təxminən iki həftə əvvəl. Siyahını isə əvvəldən toyplanımda aparmaq rahatdır.
Avtomatik yerləşdirmə necə işləyir?
Masası olmayan qonaqları qrupa görə, qarışıq və ya cinsə görə yerləşdirir, cütləri yan-yana oturdur. Artıq oturdulmuş qonaqlara toxunmur. Nəticəni qəbul edənə qədər heç nə saxlanılmır.
Masaların forması və ölçüsü seçilir?
Bəli: dəyirmi, kvadrat və düzbucaqlı masa, yer sayı hər masaya ayrıca verilir.
Planı çap etmək olar?
Bəli, masalar üzrə qonaq siyahısını çap etmək olar.
Səhv etsəm, əvvəlki sxemə qayıtmaq olar?
Bəli. toyplanım son beş sxemi saxlayır, onlardan birini geri qaytarmaq olar.
toyplanımda davam edin
Tədbir yaradın, hazırlıq siyahısı və toy büdcəsi ilə birlikdə qonaq siyahısı və oturma planı hazır olacaq. Zal seçməmisinizsə: Bakıda toy məkanları.